Şrift:
Qərbi Azərbaycanda təyyarə düşdü
13.05.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün səhər Qərbi Azərbaycan Vilayətində dərman səpici təyyarə qəzaya uğrayıb.

Piranşəhr (Xana) və Sərdəştin (Sarıdaş) palıd ağacları meşələrinə dərman səpən təyyarə yerli vaxtla saat 6:45-də Piranşəhrdə aerodromdan qalxarkən düşüb.

Bu barədə məlumat verən Piranşəhr Yanğın və Təhlükəsizlik Xidmətləri Mərkəzinin məsulu Peyruti hadisə nəticəsində pilotun (xələban) xəsarət almadığını bildirib.

Hələlik təyyarənin hansı səbəbdən düşdüyü məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən bu ölkənin əksər təyyarələri köhnə və sıradan çıxmış vəziyyətdədir, ona görə də tez-tez müxtəlif qəzalara şahid oluruq.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed