Şrift:
Zəncanda Beynəlxalq ECO-İpək yolu Yemək Festivalı
13.05.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan şəhərində III Beynəlxalq ECO-İpək yolu Yemək Festivalı keçirilib.

Beynəlxalq Caspian Sərgiləri yerində keçirilən festivala müxtəlif ölkələrin səfir və nümayəndələri qatılıb.

Festivalda Bolqarıstan, İraq, Suriya, Əfqanıstan, Pakistan, Fələstin, Livan (Lübnan), Tacikistan, Bəhreyn, Qazaxıstan, Türkiyə, Çin, İran və Azərbaycan ölkələrinin yeməkləri təqdim olunub.

Festivala İrandan 14 aşpaz qrupu iştirak edib.

“Hamı birlikdə davamlı turizmə tərəf” adı ilə keçirilən festival mayın 12-dək davam edib.

N.S
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed