Şrift:
Əli Rzayi Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılıb
13.05.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəallara gizli məlumat ötürmükdə günahlandırılaraq təxminən bir il öncə saxlanılan Sepah (İslam İnqilabı Keşikçilər Korpusu) polkovniki Əli Rzayi müvəqqəti azadlığa buraxılab.

Uzun müddət mühakiməsiz saxlanılan polkovnik mayın 11-də mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Bir neçə azərbaycanlı fəal, o cümlədən Həbib Sasaniyanla birlikdə yaxalanan Ə.Rzayi bu müddətdə Təbriz və Ərdəbil zindanlarında saxlanılıb.

Polkovnik Əli Rzayi Ərdəbil Vilayəti Sepahı Təhlükəsizlik Bölümünün rəis müavini və universitet müəllimi olub. O Azərbaycan Milli Hərəkat fəalları kimi Dağlıq Qarabağ qaçqınlarının məzlumluğunu göstərmək uğrunda mədəni fəaliyyət göstərib. Məlumata görə, azərbaycanlı polkovnik hərbi müşavir kimi Dağlıq Qarabağın işğal olunması və İranın Ermənistana verdiyi dəstəklə bağlı bir çox gizli məlumatlardan xəbərdardır.

O azərbaycanlılara dəstək məqsədi ilə “Qarabağ” adlı kitab da yazıb, lakin Sepah kitabın nəşr olunmasına icazə verməyib.

N.S
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed