Şrift:
Əta Kərimi Urmiyə zindanından azadlığa buraxılıb, səhhəti ağırdır
13.05.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhkum edildiyi həbs cəzasını çəkmək üçün aprel ayında (fərvərdin) Urmiyənin Mərkəzi zindanına müraciət edən azərbaycanlı milli-mədəni fəal Əta Kərimi mayın 11-də sərbəst buraxılıb.

Fəalın yaxınlarının dediyinə görə, Ə.Kərimi zindandan çıxdıqdan sonra müalicə olunur, o həbsxanadakı ağır şəraitdən xəstələnib və şiddətli ağrıları var.

Ə.Kərimi Qərbi Azərbaycan Apelyasiya Məhkəməsinin 10-cu Şöbəsi Yasir Əkbəri, Məhəmməd Təməddoni, Əta Kərimi və Nima Həsəni barəsində hökmünü açıqladıqdan və onun (Ə. Kərimi) həbs cəzasının icrasına dair qərar verdikdən sonra aprelin 19-da Urmiyənin mərkəzi zindanına müraciət edib.

Əta Kərimi 2014-cü il sentyabrın 9-da Urmiyənin Əlqədir (Durnalar yuvası) stadionunda Azərbaycan bayrağı ilə şəkil çəkdiyi zaman saxlanmışdır.

2014-cü il dekabrın 16-da Urmiyə İnqilab Məhkəməsinin 1-ci Şöbəsi, 22 azərbaycanlı fəalın 2 fərqli dosyesinə eyni iclasda baxaraq Nima Həsəni, Əta Kərimi və Məhəmməd Təməddoni haqqında 6 aylıq həbs cəzası çıxarmışdır. Sonralar Əta Kəriminin həbs cəzası Apelyasiya Məhkəməsi tərəfindən 1 ay müddətinə endirilmişdir.

O, adı çəkilən 3 fəalla birlikdə bölücü qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğ etməkdə günahlandırılıb.

N.S
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed