Şrift:
Əgər uşağınız yatan zaman xoruldayırsa, deməli...
16.05.2017 [10:23] - Gündəm
Uşaq xorultusu yetkin adamlardakından daha çox diqqətə alınmalı, buna qətiyyən laqeyd yanaşılmamalıdır.

Mütəmadi xorultu uşaqlarda ciddi xəstəliyin xəbərçisi ola bilər. Mütəmadi xorultu dedikdə həftədə 4 gecə davamlı yaranan xorultu nəzərdə tutulur. İstər uşaqlarda, istərsə də böyüklərdə ara-sıra xorultu xəstəlik əlaməti deyil, yorğunluq, yuxusuzluq, çox yemək və düzgün olmayan yatış tərzindən yarana bilər.

Ümumiyyətlə, otolorinqoloqlar deyirlər ki, beyində hər hansı problem yarananda o, bu problemi nəfəs prosesi ilə tənzimləməyə çalışır ki, bu da nəticədə xorultu yaradır. Uşaqlarda xorultu tənəffüs yolları problemi, xüsusilə də infeksiyası, eləcə də allergiyadan yarana bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, davamlı olaraq xoruldayan uşaqlarda təhsil, qavrama səviyyəsi aşağı olur.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed