Şrift:
Fransa çempionatının ən yaxşı futbolçusu bəlli olub
16.05.2017 [10:24] - İdman
“PSJ” futbol klubunun hücumçusu, uruqvaylı Edinson Kavani Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

Bu barədə Fransa Futbolçularının Həmkarlar İttifaqının (UNFP) mətbuat xidmətindən bildiriblər.

Cari mövsümdə 30 yaşlı E.Kavani 35 oyunda iştirak edərək 35 qol vurub və 3 nəticəli ötürmə edib. O, hazırda “Liqa 1”-in bombardirlik yarışında birincidir. 2013-cü ildən etibarən “PSJ”nin formasını geyən E.Kavani bundan əvvəl İtaliyanın “Palermo" və “Napoli” klublarının şərəfini qoruyub. 2011-ci ildə E.Kavani Uruqvay yığmasının heyətində Amerika Kubokunun qalibi olub.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed