Şrift:
İslamiada: Azərbaycanın daha 13 medalı - İCMAL
17.05.2017 [10:10] - Xəbərlər, İdman
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə gedib.
Atletika /para-atletika və taekvondo, eləcə də tennis üzrə fərdi yarışlara start verilib. Qadın voleybolçuların mübarizəsində qrup mərhələsinin son oyunu keçirilib. Boksda son yarımfinalçılar müəyyənləşib. Atıcılıq, üzgüçülük, taekvondo və ağırlıqqaldırma növlərində isə yeni medal dəstləri sahiblərini tapıb.
Günün yekunlarına əsasən, Azərbaycan idmançıları 13 medal qazanıblar.
Üzgüçü Maksim Şemberev 200 m batterflyay (delfin) və 800 m sərbəst üsulla üzmədə 2 qızıl, Samir Nəbiyev və Oloxan Musayev para-aatletikanın nüvəitələmə, Yelena Çebanu para-atletikanın 100 m məsafəyə qaçış, Ruslan Lunyov pnevmatik tapançadan 10 m məsafəyə atəş açma, Anna Skidan atletikanın çəkicatma, Yaprak Eriş taekvondoda (57 kq) qızıl medal qazanıb.
Daha bir taekvondoçu Qaşım Maqomedov (54 kq) yeganə gümüş medalın sahibi olub.
Bürünc medallara isə güllə atıcısı Nigar Nəsirova pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada, atlet Yekaterina Sarıyeva üç təkanla uzununa tullanmada, ağırlıqqaldıran Rövşən Fətullayev 94 kq çəki dərəcəsində, tərkibi Alsu Bayramova, Yuliya Stısyuk, İlahə Raciyeva, Fatimə Əlkərimovadan ibarət üzgüçülük komandası sərbəst üsulla 4x100 m məsafəyə estafetdə yiyələnib.
Beləliklə, Azərbaycan komandası aktivindəki medalların sayını 81-ə çatdırıb. Bunlardan 41-i qızıl, 24-ü gümüş, 16-sı bürüncdür. Bu göstəricidə Azərbaycan 115 medala (43 qızıl, 40 gümüş, 32 bürünc) malik Türkiyədən sonra ikinci pillədə qərarlaşıb.
Eyni zamanda Azərbaycanın 7 boksçusu yarımfinala yüksəlib ki, bu da daha 7 medal deməkdir.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed