Şrift:
Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
17.05.2017 [10:18] - Siyasət
Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqrada səfərə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa Şurasına üzv ölkələrdə qanunun aliliyi prinsipinə yeni hədələr, Avropa insan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.

Tədbirdə Vüsal Hüseynov “Ölüm cəzası və işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin güclənməsi” mövzusunda məruzə ilə çixış edəcək.

x x x

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək İtaliyada səfərdə olacaq.

Milan şəhərində keçiriləcək iclasda Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılacaq.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed