Şrift:
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 35 nəfər təxliyə edilib
17.05.2017 [10:21] - Hadisə
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed