Şrift:
BMT-nin Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Azərbaycana gələcək
18.05.2017 [10:05] - Gündəm, Siyasət
BMT-nin Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Toyli Kurbanov mayın 22-də Azərbaycana gələcək.
Т.Kurbanov Azərbaycan hökümətinin nümayəndələri ilə görüşəcək.
O, könüllülüyün təbliği və Azərbaycanın uzun müddətli könüllülük mədəniyyətinin qurulmasında qlobal əməkdaşlıq priorotetlərini müzakirə edəcək.
İki günlük səfər ərzində Т.Kurbanov BMT tərəfdaşları, Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) və elm mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək və könüllülük təcrübəsi olan təşkilatlarla çoxtərəfli əməkdaşlıq yollarını araşdıracaq.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib ki, BMT-nin Könüllüləri Proqramının Azərbaycana qayıdışı və onun Azərbaycan höküməti və inkişaf üzrə tərəfdaşları ilə dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə könüllülüyün təbliğini müsbət qiymətləndirirlər: “BMT-nin Könüllüləri bilavasitə insanlarla işləyir və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq yolunda sülh və inkişafı əsas tutur. BMT-nin könüllüləri öhdəçilik, fərdilik, aktivlik və həmrəylik kimi əsas dəyərləri özlərində təcəssüm etdirir.”
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed