Şrift:
Azərbaycanda kurikulum sistemi ləğv olunacaq? – RƏSMİ AÇIQLAMA
18.05.2017 [10:16] - Gündəm
Azərbaycan təhsilində kurikulum sisteminin ləğvi gündəmə gəlib.

2018-ci ilə qədər şagirdlərin kurikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb.
Təhsil Nazirliyindən məsələ ilə bağlı baku.ws-ə verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Ümumiyyətlə kurikulum sisteminin ləğvi kimi bir məsələ müzakirə mövzusu deyil.
Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed