Şrift:
Cocuq Mərcanlıda 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb
18.05.2017 [10:16] - Hərb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 17-də Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

Cocuq Mərcanlıda gün ərzində 1 504 ədəd qəlpə, 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M-6IÇ)) və 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 27 324 kv.m (2.73 ha) ərazi tam təmizlənib, 32 500 kv.m (3.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed