Şrift:
Mərənddə milli yönlü fəalların dəstəklədiyi namizədlərin siyahısı açıqlanıb
19.05.2017 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbvaycanın Mərənd şəhərində milli yönlü fəalların dəstəklədiyi namizədlərin siyahısı açıqlanıb.

Mərəndin bir qrup milli yönlü fəalı bəyanat yayaraq Şura Seçkilərinə namizədlərdən bir neçəsini dəstəklədiyini elan edib.

“Mərənd şəhəri və ətraf məntəqələrdə həllini gözləyən bir çox problem var. Mərəndin inkişafdan geri qalması, iqtisadi gərginlik, işsizlik və s. kimi ictimai problemlərlə yanaşı, bacarıqlı məsul şəxslərin olmaması da şəhərə əlavə problem yaradır. Biz bütün məsələləri nəzərə alaraq aşağıda qeyd olunan namizədləri dəstəkləməyə qərar verdik və bununla da bundan öncə yayılan şayiələr və siyahılara son qoyaraq yalnız aşağıdakı siyahının bizə aid olduğunu və onu dəstəklədiyimizi elan edirik”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Fəalların siyahısına daxil olan namizədlərin adları:

1.Məqsud Ustadi 2.Arəş Ənsari 3.Mir Məhəmmədəli Bədrmilan 4.Xanım Rüqəyyə Xoşsifət 5.Mühəndis Məsud Didebani 6.Doktor Əfşin Şalçı 7.Doktor Məhəmmədtağı Təhmasebpur.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed