Şrift:
Türkiyə Rəqqa əməliyyatında iştirakdan imtina edib
19.05.2017 [11:50] - Gündəm, Hərb
Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcək. Buna səbəb ABŞ-ın əməliyyata Suriya kürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda sahibkarlarla görüşündə bildirib.

“ABŞ-a səfər zamanı biz Rəqqa əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Biz dedik: əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rəqqaya dair qərarınız belədirsə - onda sizə uğurlar diləyirik”.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed