Şrift:
"Heydər" məscidini ziyarət edən turistlərin sayı artıb
19.05.2017 [11:51] - İslam dini
Qafqazın ən böyük məscidi olan "Heydər" məscidini gün ərzində 40-50 əcnəbi turist kimi ziyarət edir.
Bu barədə məscidin axundu hacı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, ziyarətçilər arasında rəsmi şəxslərlə yanaşı, adi vətəndaşlar da çox olur: "Məscidə ziyarətçilərin gəlməsi İslam Həmrəylik Oyunları ilə əlaqədər deyil. Başqa günlərdə də gələnlər çox olur. Bu günlərdə isə gələnlərin sayı bir az da artıb. Buranın Qafqazın ən böyük məscidi olması, dünyada 10 qeyri-adi məscidlərin siyahısına düşməsi, aparılan təbliğat, xüsusilə burada vəhdət namazlarının qılınması insanlarda marağı artırıb. Gələnlərin vəhdət namazının necə qılınması, məscid haqqında verdikləri müxtəlif suallar ətraflı cavablandırılır".
R.Qarayev bildirib ki, məsciddə hər gün rəsmi qonaqlar olur. Onun sözlərinə görə, onların arasında ibadət edənlər də az deyil: "Vəhdət namazının şahidi olan əcnəbilər bunu heyrətlə qarşılayırlar. Buna necə nail olmağımızla maraqlanırlar. Onu da qeyd edim ki, məscidə girişlə bağlı heç bir qadağa yoxdur. İkinci mərtəbə cümə günü və bayram namazlarında açıq olur. Başqa vaxtlar isə gələn rəsmi qonaqları axund, imam, digər turistləri isə nəzarətçilər qarşılayır. Məscidə şagirdlər, tələbələr də kollektiv şəkildə ziyarətə gəlirlər".
Qeyd edək ki, "Heydər" məscidinin sədr Sabir Həsənli başda olmaqla dini sahədə fəliyyət göstərən 7 nəfərlik heyəti var.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed