Şrift:
Muzeydə “Açıq qapı” günü
19.05.2017 [11:52] - Mədəniyyət
Mayın 18 - də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində "Açıq qapı" günü keçirilib.Muzeydən bildirlib ki, hər il ənənəvi olaraq muzeylərin peşə bayramında bu xoşməramlı layihə həyata keçirilir. Bu ənənəyə sadiq olaraq Muzey bu gün də öz ziyarətçilərini pulsuz qəbul edib. Tamaşaçıların böyük sevincinə səbəb olan bu gündə Muzeyi xarici və yerli qonaqlar, xüsusilə məktəblilər ziyarət ediblər. Gün ərzində Muzeyi 2500-ə qədər qonaq ziyarət etmişdir.

Qeyd edək ki, Muzeydə fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun üzvləri də bu gün Muzey işçilərinə yaxından kömək etmiş, ziyarətçilərə xidmət göstərmişlər.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed