Şrift:
Koalisiya qüvvələri Suriyada hökümətyönümlü qüvvələrə zərbə endirib
19.05.2017 [11:57] - Hərb
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirib. Zərbə hökümətyönümlü silahlı dəstələrin ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrinə hücumunun qarşısını almaq məqsədilə endirilib.

İlkin məlumata görə, koalisiyanın zərbəsi xəbərdaredici xarakter daşıyır.

İnsident Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.

“Yol ilə hərəkət edən konvoy xəbərdarlıq cəhdlərinə məhəl qoymayaraq, koalisiya qüvvələrinin At Tanfadakı mövqelərinə doğru irəliləyib”, - deyə amerikalı hərbi mənbə bildirib.

Pentaqon nümayəndəsi zərbənin endirildiyini təsdiqləyib: “Müəyyən edilmiş deeskalasiya zonasında hərəkət həmin dəstələr koalisiya qüvvələrinə təhlükə yaradıb”.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed