Şrift:
Azərbaycan MN: Bu il Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 50 nəfərə yaxındır
19.05.2017 [11:59] - Gündəm, Hərb
“Bu ilin ötən dövrü ərzində Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 26 deyil, 50 nəfərə yaxındı”.
Bu barədə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ermənistan KİV-də bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Nazirlikdən bildirilib ki, daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuzda nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağndan ehtiyat edən Ermənistanın hərbi-siaysi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu klimi həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir.
“Aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır. Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməniəsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır”, deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed