Şrift:
Çin "İpək yolu" ölkələrinə 4 mlrd. dollar investisiya qoyub
19.05.2017 [12:00] - İqtisadiyyat
Çin bu ilin ilk dörd ayı ərzində "Bir kəmər-bir yol" layihəsində iştirak edən 45 ölkə iqtisadiyyatına 3,98 mlrd. ABŞ dolları investisiya qoyub.
Bu barədə "China Daily" qəzeti Çinin Kommersiya Nazirliyinin məlumatına əsasən bildirib.
Xəbərdə qeyd edilib ki, "İpək yolu" ölkələrinə sərmayə qoyuluşu Çinin məcmu investisiyasının 15,1%-ni təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 8,2% olub.
Statistikaya əsasən, bu dövr ərzində Çinin Pakistana investisiya qoyuluşu illik müqayisədə 1 674%, Şri-Lankaya 809%, Laosa 241% və Kambodcaya 63% artıb. Kommersiya Nazirliyinin məlumatına görə ilk 4 ayda Çin Özbəkistan, Laos, Pakistan və Kambodcada ən iri investor-ölkə statusu qazanıb.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed