Şrift:
Azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsi yenidən təxirə salınıb
19.05.2017 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda apardığı fəaliyyətinə görə 10 il həbsə məhkum edilən və hazırda Tehranın Evin zindanında saxlanılan dinc fəal Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı yenidən təxirə təxirə salınıb.

Bundan əvvəl fəalın məhkəməsinin mayın 17-ə qədər təxirə salındığı bildirilsə də, həmin gün, onun işinin (dosyesinin) məhkəməyə gəlib çatmamasına və digər səbəblərə görə Apellyasiya Məhkəməsinin iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat yayılmayıb.

Yayılan məlumatlara əsasən, hazırda Tehranın Evin zindanında saxlanılan azərbaycanlı fəalın ağır psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.

“ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.
A.M
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed