Şrift:
Bakı-Sumqayıt yolunda avtobusların qanunsuz sərnişindaşıma ilə məşğul olmasının qarşısı alınıb
20.05.2017 [10:31] - Sosial
Reydlər davam edir. Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara artıq rast gəlinmir".

Bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, nadir hallarda sifariş əsasında hərəkət edənlərə rast gəlmək olar: "Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir".
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed