Şrift:
Cenevrədə Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib
20.05.2017 [10:38] - Siyasət
İsveçrənin Cenevrə şəhərində Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib.

Bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

“Biz Suriya üzrə danışıqları və digər məsələləri müzakirə etdik. Görüş çox konstruktiv oldu”, deyə S.de Mistura bildirib.

Onun sözlərinə görə, hökumət və müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqlarının növbəti raundu iyunda baş tutacaq. “Dəqiq tarix hələ ki, müəyyənləşməyib”, deyə De Mistura qeyd edib.
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed