Şrift:
Liviyada silahlıların aviabazaya hücumu nəticəsində 140 nəfər ölüb
20.05.2017 [10:40] - Hadisə
Liviyanın cənubunda silahlıların aviabazaya hücumu nəticəsində 140 nəfər ölüb.

Hərbi paraddan qayıdan hərbçilər silahsız olub.Hücum nəticəsində həmçinin aviabazada işləyən və yaxınlıqda yaşayan dinc sakinlər də ölüb.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Milli Barışıq Hökuməti aviabazaya hücum barədə əmr vermədiyini bəyan edib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.
Bu xəbər oxucular tərəfindən 214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed