Şrift:
Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub
20.05.2017 [10:47] - Gündəm, Türk dünyası-Turan
"Qırğızıstanda bir neçə il sonra ikinci dil rus dili yox, ingilis dili olmalıdır".
Bunu Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) parlament fraksiyasının iclasında deputat Azamat Arapbayev deyib.
Deputat bildirib ki, Rusiyada Qırğızıstandan olan miqrantlar aşağı ixtisaslı işlərdə çalışırlar və bunun səbəbi ölkədə təhsilin keyfiyyətsiz olmasıdır.
"Uşaqlar 10-11 yaşından ingilis dilini öyrənsəydilər, indi Rusiyada yox, Avropada işləyərdilər. Qazancları da daha yüksək olardı. Buna görə də hökumət ingilis dilinin məktəblərdə 1-ci sinifdən tədris edilməsi məsələsini nəzərdən keçirməlidir", - deputat vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed