Şrift:
Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək
20.05.2017 [10:48] - Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Donld Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək.
Bunu Avropa İttifaqı Komissiyasının sözçüsü Marqaritis Şinas mayın 19-da keçirdiyi gündəlik mətbuat konfransında bildirib.
Qeyd edək ki, mayın 25-də Brüsseldə NATO-nun yeni qərargahının açılışı olacaq. Açılışdan sonra yeni qərargahda ilk iclas keçiriləcək. Təşkilatın həmin toplantısında R.T.Ərdoğan da iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed