Şrift:
Braziliyada prezidentin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir
20.05.2017 [10:48] - Siyasət
Braziliyada minlərlə insan Prezident Mişel Temerin istefasını və ümumi seçki keçirilməsi tələb ilə etiraza başlayıb.
Etirazlar ölkənin 10-dan çox şəhərində müşahidə olunur. Ən böyükmiqyaslı nümayişlər Rio de Janeyro, San Paulu və paytaxt Braziliyada keçirilib.
Qeyd edək ki, Braziliya Ali Məhkəməsi "Globo" portalında yayılan səs yazısından sonra deputatlardan birinin xahişi əsasında ölkə Prezidenti Mişel Temerə qarşı istintaqın başlanılmasını təsdiq edib. Yayılan səs yazısında M.Temer "Petrobras" neft şirkəti ətrafındakı korrupsiya işi ilə əlaqədar susması qarşılığında Deputatlar Palatasının keçmiş rəhbəri Eduardu Kunyaya 630 min dollar ödənilməsinə tapşırıq verir.
Dövlət başçısı ittihamları rədd edir və istefa verməyəcəyini bildirir. Amma Sosialist Partiyasını təmsil edən Braziliyanın müdafiə və mədəniyyət nazirləri yaranmış qalmaqal fonunda istefa veriblər.
Bu xəbər oxucular tərəfindən 210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed