Şrift:
Sulduzda keçirilən Şura Seçkilərinin ilkin nəticəsi…
20.05.2017 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Sulduz şəhərində keçirilən Şura Seçkilərinin ilkin nəticəsi barədə məlumat yayılıb.

Sulduz Şəhər İcra Hakimiyyətindəki (Fərmandari) etibarlı mənbələrdən bildirilən məlumata əsasən sıralamaya görə Vəli Babusə, Fərhad Əkbəri, Mehdi Ələvi, Rəsul Siyami, Leyla Heydəri, Əziz Rəhimi və Musa Ağacani ən çox səs qazanan namizədlərdir.

Hələlik səslərin sayılması davam edir və qeyd etdiyimiz nəticə rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.

Qeyri-rəsmi məlumatda səs sayına görə sıralamada18 namizədin adı açıqlanıb:
1. Vəli Babusə - 14073 səs
2.Fərhad Əkbəri – 14812 səs
3.Rəsul Siyami – 14073 səs
4.Musa Ağaxani – 13779 səs
5.Mehdi Ələvi – 12795 səs
6.Leyla Heydəri Çiyanə - 11475 səs
7.Səid Dilməqani – 11373 səs
8.Əziz Rəhimi – 11215 səs
9.Məhəmməd Əbdi – 10989 səs
10.İrəc Süleymanzadə - 10812 səs
11.Riruz Fərcami – 10702 səs
12.Seyfəli Dəlir – 9526 səs
13.Fərşid Dilməqani – 8391 səs
14.Taha Mərufzadə – 7059 səs
15.Rəhmət Əhmədi Əqdəm – 6683 səs
16.Murad Abdullapur – 6196 səs
17.Əli Heydərpur – 5362 səs
18.Cavad Çıraği – 5007 səs

Bundan öncə Sulduz Şəhər Şura Seçkilərinin Kanalının keçirdiyi rəy-sorğusunda ən çox tərəfdarı olan 10 namzədin adı açıqlanmışdır, onların hamısı Azərbaycan türkləridir: 1.Məhəmməd Qənbəri 2.Hadi Nuri 3.Vəli Babusə 4.Seyfəli Dəlir 5.Sabir Misri 6.Fərşid Dilməqani 7.Yunis Əmrahi 8.Yusif Hüseynqulipur 9.Zeynəb Zavəşti 10.Mehdi Ələvi.

Saytımızda Sulduz Şura Seçkiləri haqda əlavə məlumat yayılacaq.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed