Şrift:
Güney azərbaycanlı dağçı Əzim Qeyçisaz Lhotse zirvəsini fəth etdi
20.05.2017 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı dağçı Əzim Qeyçisaz Himalay dağlarının 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth edib.

Məşhur dağçı mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya dağçılıq səkkiz minliklər klubuna qoşulmağı bacarıb.

O Himalay dağlarının ən hündür zirvəsi sayılan Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, dağçı bunun üçün 9 il hazırlaşıb.

Azərbaycanlı dağşı 12 il öncə Everest, 9 il öncə isə Prodpeyk zirvəsini fəth etmişdir. Himalay zirvələrini oksigen balonu olmadan fəth edən dağçı sonralar Daolagiri, Nanqapart, Kançen Çunqa, Qaşerbrum1, Qaşerbrum2, key2, Manaslu, Anapurna, Makalu, Ço oyu və Şişa Panqma zirvələrinə qalxıb.

Əzim Qeyçisaz bu nailiyyətdən sonra dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 16-cı dağçı oldu.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed