Şrift:
Güclü külək Qəbələ-İsmayıllı avtomobil yolunun bağlanmasına səbəb olub
22.05.2017 [10:18] - Gündəm, Hadisə
Güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolu bağlanıb.
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görülüb və nəqliyyatın hərəkəti bərpa edilib. Əməliyyat saat 18:42-də başa çatmışdır.
Bu xəbər oxucular tərəfindən 260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed