Şrift:
Ərdoğan QDİƏT-in toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid etdi
22.05.2017 [15:43] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid edib.

İclasda iştirak edən Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimiyan çıxışını demək olar ki, Dağlıq Qarabağ münaqişəsinə həsr edib.

A.Hovakimiyanın çıxışını sərt tənqid edən R.T.Ərdoğan isə toplantının siyasi ittiham yeri olmadığını bildirib: "Heç bir nümayəndə nə kimisə ittiham etdi, nə də siyasi məsələlərdən danışdı. Lakin siz bütün çıxışınızı siyasi dəyərləndirməyə ayırdınız".

Türkiyə Prezidenti Rusiyanın Baş naziri Medvedevə işarə edərək məsələ ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb:

"Bu münaqişənin nizamlanmasında böyük fayda var".
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed