Şrift:
Həsən Ruhani: "Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək"
23.05.2017 [10:13] - Siyasət
“Azərbaycanla əlaqələrimizi hökmən strateji səviyyədə davam etdirəcəyik”.

Bu sözləri İran prezidenti, mayın 19-da keçirilmiş prezident seçkilərində qalib gələn Həsən Ruhani bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib.

Qarşıdakı 4 il müddətində Azərbaycanla əlaqələrin inkişafı yönündə hansı planlara malik olduğu barədə sualı cavablandıran H. Ruhani bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən indiyədək əlaqələr yaxşı səviyyədə olub: “Prezident olduğum dövrdə əlaqələri ən yaxşı səviyyəyə qaldırdıq. Azərbaycan prezidenti ilə dəfələrlə görüşlərimiz oldu. Biz görüşləri ikitərəfli formatdan çıxarıb, üçtərəfli görüşlər də keçirdik. Rusiya prezidenti cənab Vladimir Putinin iştirakı ilə Bakıda üçtərəfli iclasımız oldu. Bu görüşlər inşallah, davam edəcək".

İran prezidenti yaxın vaxtlarda Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcəyini açıqlayıb. O bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına dair olacaq: “İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır. Sonda bildirməliyəm ki, Azərbaycan Respublikası o ölkələrdəndir ki, bizim həmin ölkə ilə əlaqələrimiz yaxşı qurulub və gələcəkdə bu əlaqələr strateji formatda hökmən davam etdiriləcək”.

***

18:48

Yaxın vaxtlarda Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunui mayın 19-da yenidən prezident seçilmiş İran lideri Həsən Ruhani mətbuat konfransında deyib. O bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına dair olacaq: “İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır”.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed