Şrift:
Binəli Yıldırım: “Bakı-Tiflis-Qars dəmir yolu tikintisi yekunlaşmaq ərəfəsindədir”
23.05.2017 [10:13] - İqtisadiyyat
Bakı-Tiflis-Qars dəmir yolu tikintisini yekunlaşmaq ərəfəsindədir.

Bu sözləri Gürcüstanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Tiflis aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilin sonunadək qatarlar artıq dəmir yolu ilə hərəkət edəcək: “Bununla BTQ-nin mərkəzi dəhlizinin vacib hissəsinin tikintisi və “Bir kəmər-bir yol” layihəsi başa çatacaq”, deyə baş nazir bildirib.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımın başçılıq etdiyi hökumətin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Türkiyə nümayəndə heyətinin üzvləri mayın 23-də keçiriləcək Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirak edəcəklər, daha sonra Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə görüşəcəklər.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed