Şrift:
Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 50-yə çatıb
23.05.2017 [10:13] - Hadisə
Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub.

Bundan əvvəl 19 yaşlı gənc qvardiyaçıların açdığı atəş nəticəsində həyatını itirib.

Beləliklə ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed