Şrift:
Muğam Mərkəzində gənc istedadların konserti
23.05.2017 [10:22] - Mədəniyyət
Muğam Mərkəzinin dəstəyi ilə Fikrət Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin 2016- 2017 ci tədris ili üzrə yekun- hesabat konserti keçirilib. Mərkəzdən bildirlib ki, tədbir görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95 illiyinə və onun adını daşayan məktəbinin 55 illik yubiyelinə həsr edilib. Tədbirin ilk hissəsi Mərkəzin foyesində baş tutdu. "Odlar Yurdu" rəqs qurupu "Qavalla rəqs" və "Azərbaycan suitası" rəqs kompozisiyaları ilə çıxış etdilər.

Tədbirin ikinci hissəsində məktəbin tələbələri Xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycan və xarici bəstəkarlarının əsərlərini ifa etdilər.

Tamaşaçılar qarşısında Babaşova Xədicə, Cəfərzadə Turan, Hüseynli Abbas, Hacıyeva Humay, Hacıyev Emil, Mürşüdov Səttar, Qasımov Emin, Həsənli Nigar, Nəbizadə Emin, Hacıyeva Məktubə, Məsumova Ləman, Cəfərzadə Kərim və Cabbarov İbrahim çıxış etdilər.

Onların ifasında F.Əmirov "Yumoreska", "Aşıqsayağı", İ.S.Bax "Menuet" və "Skerso",A. Məlikov, "Məhəbbət əfsanəsi", N.Aydəmirli "Ballada", V.Adıgözəlov" Lay-lay", H.Xanməmmədov "Kamança və orkestr üçün konsert", V.A.Mosart "Konsert G dur", Niyazinin "Xoreoqrafik vals" əsərləri ifa olundu.

İfalar fortepiano, tar, kamança, skripka, fleyta alətlərində səsləndirildi.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed