Şrift:
Amerikada 36-cı Türk Günü Yürüşü və Festivalı keçirilib
23.05.2017 [10:26] - Xəbərlər, Türk dünyası-Turan
Amerika Birləşmiş Ştatlarının (ABŞ) New York şəhərində 36-cı Türk Günü Yürüşü və Festivalı çərçivəsində parad keçirilib.

Erməni terrorçularının 36 il əvvəl Türk diplomatlarını şəhid etməsinə reaksiya məqsədilə New York küçələrində başlanılan və daha sonra Türk mədəniyyətinin təbliği məqsədini güdən festivala çevrilən, hər il keçirilən Türk Günü Yürüşü Manhattanda, Medison Avenyu-dakı 53-ci küçədə başladı və Birləşmiş Millətlər Təşkilatının yaxınlığındakı Dag Hammarskjold Parkında başa çatdı.

Yürüşdə Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Firudin Sinirlioğlu, New York baş konsulu Ertan Yalçın, ŞKTR-in New York nümayəndəsi Mehmet Dana, Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Atilla Pak, Beşiktaş Bələdiyyə sədrinin müavini Çətin Kırışgil, ABŞ-dakı Türk cəmiyyətinin nümayəndələri, bəzi dərnək və komandaların tərəfdarları iştirak etdilər.

Yürüşə qatılanlar əllərində Türk bayraqları ilə ifaçılarla birlikdə mahnılar oxudular.

New York baş konsulu Ertan Yalçın yürüşün Türklərin birlik və bərabərliyi baxımından əhəmiyyətini qeyd etdi.

Türk Günü Yürüşünün amerikan cəmiyyəti içindəki mövcudluqlarını bildirmək üçün bir fürsət olduğunu bildirən Yalçın: "Bu gün vətəndaşlarımız və soydaşlarımız bir araya gələrək Türk olmağın qürurunu bölüşür, birlik və bərabərliyi möhkəmləndirirlər. Ölkəmizin, mədəniyyətimizin tanınması üçün onların üzərinə mühüm vəzifələr düşür. Birlik və bərabərlik içində hərəkət etmək, bu vəzifəni layiqincə yerinə yetirmək əsas şərtdir" deyə danışdı. TRT

N.S
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed