Şrift:
Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb
24.05.2017 [10:23] - Gündəm, Siyasət
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Səfər əsnasında Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed