Şrift:
MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri terror və transsərhəd cinayətkarlığa qarşı mübarizə tədbirlərini müzakirə edəcək
24.05.2017 [10:26] - Siyasət
MDB ölkələrinin təhlükəsizlik və dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 42-ci iclası bu gün Bişkekdə keçiriləcək.
İclas zamanı iştirakçılar terrorizm və transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sferasında MDB ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlığılın təkmilləşdirilməsi, MDB ölkələri arasında qeyri-qanuni miqrasiyanın tranzit kanalları fəaliyyətiylə məşğul olanlarla bağlı informasiya mübadiləsinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərini müzakirə edəcək.
MDB-nin Antiterror Mərkəzinin (ATM) rəhbəri Andrey Novikov 2014-2016-cı illər üzrə MDB dövlətlərinin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizəsi üzrə Əməkdaşlıq Proqramının icrasının, eləcə də Mərkəzin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edəcək.
Şuranın işində müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya, Serbiya və Fransadan tərəfdaş nümayəndə heyətləri də iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed