Şrift:
Uruqvayda 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib
25.05.2017 [10:36] - Gündəm
Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində Respublika Günü münasibətilə qəbul keçirilib.

XİN-in mətbuat xidmətindən erilən məlumata görə, tədbirdə Uruqvay hökumətinin yüksək səviyyəli nümayəndələri, parlamentin çoxsaylı senator və deputatları, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən, eləcə də son illərdə prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Eyni zamanda, səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.

Azərbaycan və Uruqvay arasındakı əlaqələrin son illər yüksək dinamika ilə inkişaf etdiyini vurğulayan R. Aslanov gələcəkdə də ikitərəfli əməkdaşlığın genişlənməkdə və dərinləşməkdə davam edəcəyinə olan inamını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed