Şrift:
Yəhya Qolməhəmmədi “Traxtur”un baş məşqçisi oldu
25.05.2017 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 24-də Təbrizin “Traxtur” futbol klubu ilə baş məşqçi Yəhya Qolməhəmmədi arasında razılıq əldə olunaraq komandanın yeni baş məşqçisi məlum olub.

Son günlərdə mətbuatda yayılan məlumata görə, Təbriz klubu baş məşqçi Əmir Qələnoi komandadan ayrıldıqdan sonra onun yerinə Abdulla Veysi, Əli Dayi, Qulamhüseyn Fərəki, Rəsul Xətibi və Cavad Nikunam kimi baş məşqçiləri nəzərdən keçirib, lakin sonda Ərdəbil əsilli futbolçu Y.Qolməhəmmədi baş məşqçi postuna gətirilib.

Y.Qolməhəmmədi bundan öncə Tehranın “Perspolis”, İsfahanın “Zob Ahən” və birinci dəstədə oynayan “Oksin Əlborz” komandalarında baş məşqçi vəzifəsində işləyib.

İslam İnqilabi Keşikçilər Korpusu (“Sepah”) üzvlərinin “Traxtur” klubunu nəzarətdə saxlaması bir çox problemlərə səbəb olub. Klub FİFA-nın qərarına əsasən növbəti mövsümdə yeni oyunçu transfer edə bilməyəcək. Təbriz klubu eyni halda ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb, problemlərdən dolayı ötən günlərdə bir neçə güclü oyunçu komandanı tərk edib.

“Traxtur” tərəfdarları düşünür ki, rejim Azərbaycan komandasını tədricən zəiflətməklə onu idman meydanlşarından uzaqlaşçdırmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed