Şrift:
Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı raport hazırlanıb
25.05.2017 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun müddətdən sonra nəhayət ki, Güney Azərbaycanda baş verən dağıdıcı sel hadisəsi ilə bağlı raport hazırlanıb.

Bu barədə mayın 22-də İran parlamentinin abadlaşdırma komissiyasının sözcüsü Südeyif Bədri məlumat verib.

“Azərbaycanca baş verən sel fəlakəti ilə bağlı artıq raport hazırlanıb və bu həftə parlamentdə müzakirə olunacaq. Raportda xilasedici orqanların xidməti, Meteoroloji Təşkilatı, Yol və Şəhərsalma Nazirliyi və həmçinin Büdcə və Planlaşdırma Təşkilatının fəaliyyəti və gördükləri işlər barədə məlumat verilib”- deyə o bildirib.

S.Bədri əlavə edib ki, “raportda təbii fəlakətin Şərqi və Qərbi Azərbaycana vurduğu ziyan hesablanıb və məlum olub ki, bu hadisədə ən çox can və mal itkisi verən Şərqi Azərbaycan vilayəti olub.”

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və 44 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb və çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.

FacebookTwitterGoogle+LinkedInEmailPrintFriendlyShare
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed