Şrift:
Azərbaycanlılar Tehranda keçirilən Beynəlxalq Fotoqraf Yarışmasında parladılar
25.05.2017 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran paytaxtı Tehranda “Qeyri-maddi mədəni irs” Beynəlxalq Fotoqraf Yarışması keçirilib.

Yarışmanın yekununda Ərdəbildən Əbdulrəhman Mücərrəd, Təbrizdən Sabir Qazi və Urmiyədən Cavad Əsgəroğlu seçilmiş iştirakçılar kimi təqdir lövhəsinə layiq görülüb.

Yarışmanın digər qalibləri pakistanlı İbrahim Mahmud və ermənistanlı Hakub Kimtelyan isə xatirə lövhəsi ilə mükafatlandırılıb.

Tehran Beynəlxalq Fotoqraf Yarışmasına 12 ölkənin (İran, Tacikistan, Ermənistan, Cənubi Koreya, Hindistan, Fransa, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Pakistan və Əfqanıstan) nümayəndəsi qatılıb, yarışmada 403 foto final mərhələsinə yol tapıb.

N.S
Bu xəbər oxucular tərəfindən 236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed