Şrift:
Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib
26.05.2017 [10:34] - Hərb
Son iki gündə Filippində keçirilən hərbi əməliyyatların gedişində 31 İŞİD silahlısı zərərsizləşdirilib.
Bu barədə "Associated Press" ölkənin hərbi generalına istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, silahlılar Filippinin cənubundakı Maravi şəhərində məhv ediliblər. Ordu təmsilçisinin sözlərinə görə, İŞİD silahlılarından 13-ü çərşənbə günü öldürülüb.
Cümə axşamı keçirilən hərbi əməliyyat zamanı həmçinin 6 hərbçi də həlak olub.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed