Şrift:
Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 60-a çatıb
26.05.2017 [10:40] - Hadisə
Venesuelada hökumət əleyhinə keçirilən etiraz aksiyalarında ölənlərin sayı 60-a çatıb.
Bu barədə "Nacional" portalı məlumat yayıb.
Portalın məlumatına görə, ölənlər arasında hüquq-mühafizə orqanlarının da 3 əməkdaşı var. Onlardan biri milli qvardiyanın əsgəri, ikisi isə polis əməkdaşıdır.
Aksiyalar zamanı həlak olmuş digər şəxslər isə mülki sakinlərdir. Onlardan 9-u 14-18 yaşında olan yeniyetmələrdir.
Qeyd edək ki, rəsmi rəqəmlərdə ölənlərin sayı 55 nəfər göstərilir.
Venesuelada kütləvi etiraz aksiyaları aprelin əvvəllərindən keçirillir. Buna səbəb Ali Məhkəmənin müxalif Milli Assambleyanın səlahiyyətini məhdudlaşdırması olub. Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin vəzifədən uzaqlaşdırılmalarını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed