Şrift:
Qəfur İmamizadənin “Qırmızım” kitabı nəşr olunub
26.05.2017 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türk dünyası hikayə yarışmasının ən böyük mükafatına layiq görülən Qəfur İmamizadənin “Qırmızım” kitabı nəşr olunub.

Müəllifi güney azərbaycanlı olan “Qırmızım” kitabı müxtəlif hikayələrdən ibarətdir, kitab Azərbaycan türkcəsində yazılıb.

2016-cı il dekabr ayında Qazaxıstanın Almatı şəhərində Türkiyə Baş Nazirliyinin Tanıtma Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə IV Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Yarışması keçirilib. Yarışmada Güney Azərbaycandan Qəfur İmamizadə Xiyavinin “Qırmızım” hekayəsi birinci, Türkiyədən Mehmet Akif Dumanın “Türbedar risaləsi” hekayəsi ikinci, Qazaxıstandan Berik Şahanovun “Ögey ömür” hekayəsi üçüncü və Azərbaycan Respublikasından Təranə Vahidin “Mən toz dənəsiyəm” hekayəsi dördüncü yerə layiq görülüb. Türkiyə və Qazaxıstan rəsmiləri və 17 türk dövləti və topluluqlarından yazıçıların qatıldığı yarışmanın ən böyük mükafatı Güney Azərbaycan təmsilçisinə təqdim olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed