Şrift:
Təbrizdə Şura Seçkiləri zamanı saxlanılan 35 nəfər haqda son məlumat
26.05.2017 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə seçkilər zamanı Şəhər Şurasına namizədlərin tərəfdarları arasında yaranan qarşıdurmaya görə 35 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdır.

Bu barədə Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi Hikmətəli Müzəffəri yeni açıqlama verib.

“Seçkilər günü (19 may) seçki dairəsindən kənar bir yerdə Şəhər Şurasına namizədlərin bir qrup tərəfdarı arasında qarşıdurma yaranmışdır. Hadisə ilə əlaqədar təhlükəsizlik qüvvələri ilk olaraq 20, sonra isə 15 nəfəri yaxalamışdır”- deyə o bildirib.

Saxlanılan şəxslərin hamısının artıq zəmanətə buraxıldığını bildirən H.Müzəffəri bu barədə geniş məlumat verməkdən yayınıb. “Təhlükəsizlik qüvvələri nizam-intizamı qorumaq məqsədi ilə onları saxlayıb, lakin artıq hamısı zəmanətə buraxılıb. Onlarla bağlı məhkəmə prosesi başlayacaq”- deyə o qeyd edib.

Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi əlavə edib ki, seçkilər günü Təbrizdə rəsmi orqanlardan birinin məmuru dövlət avtomobili ilə prezidentliyə namizədlərin birinin təbliğat bannerini daşıyıb, həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İranda Şura Seçkilərinə namizədlər və onların tərəfdarları arasında ixtilaflar adi hala çevrilib, tərəflər arasında bəzən ciddi qarşıdurmalar yaşanır.

Təbriz Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən mayın 19-da keçirilən Şura Seçkilərində aşağıdakı namizədlər Şəhər Şurasına yol tapıb.

Qazanılan səslərin sayına görə sıralama:

1.Şəhram Dəbiri
2.Şəkur Əkbərnəjad
3.Fridun Babayi Əqdəm
4.Məhərrəm Məhəmmədzadə
5.Səid Dəbbağ Nikuxislət
6.Abdulla Tağıpur Həllacan
7. Fərəc Məhəmməd Qulizadə
8. Soniya Əndiş
9.Məhəmməd Baqir Beheşti
10.Kərim Sadiqzadə
11.Əli Acudanzadə
12.Qulam Hüseyn Məsudi Reyhan
13.Məhəmməd Əşrəf Niya
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed