Şrift:
Təbrizə yeni imam cümə təyin edilib
26.05.2017 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhəmməd Əli Al-i Haşim Təbrizin yeni imam cüməsi və Əli Xameneinin Şərqi Azərbaycan nümayəndəsi postuna təyin edilib.

Ölkənin siyasi-təhlükəsizlik simalarından biri kimi tanınan Məhəmməd Əli Al-i Haşimin yeni posta təyin edildiyi ilə bağlı rəsmi şəxslər tərəfindən məlumat yayılıb. Möhsün Müctehid Şəbistərinin yerinə gələn yeni imam cümənin gələn həftədən işinə başlayacağı gözlənilir.

Məhəmməd Əli Al-i Haşim hazırda dini lider Əli Xameneinin hökmü ilə İran İslam Cümhuriyyəti Ordusunun (Ərteş) Siyasi-Əqidəti Təşkilatının rəisi postunda fəaliyyət göstərir. O bundan öncə İran Silahlı Qüvvələrinin müvafiq orqanlarında siyasi-əqidəti məsələləri üzrə yüksək postlarda çalışıb.

N.S
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed