Şrift:
Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanır
29.05.2017 [10:45] - Gündəm, Türk dünyası-Turan
Mayın 28-də Ankara vaxtı ilə saat 20:35-dən etibarən İstanbul boğazında Fatih Sultan Mehmet körpüsü Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılır.

Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir.

Bu unikal bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed