Şrift:
Əmir Qələnoi: “Traxtur”da çəkdiyim zəhmətin nəticə verməsinə icazə vermədilər
29.05.2017 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz “Trxatur” futbol klubunun keçmiş baş məşqçisi Əmir Qələnoi komandadan ayrıldıqdan sonra baş verən son hadisələrlə bağlı bəyanat yayaraq “Traxtur” tərəfdarlarına öz təşəkkürünü bildirib.

Baş məşqçi 16-cı super liqa yarışlarında “Traxtur”la bağlı baş verən hadisələri təəssüf hissi ilə qeyd edib.

“Zehnim 16-ci super liqa yarışlarında baş verən hadisələrdən yenicə azad olduqdan sonra siz coşqulu böyük “Traxtur” tərəfdarları ilə söhbət edirəm. Lakin geriyə baxıb görürəm ki, o təsibkeş oyunçular nə qədər zəhmət çəkdi, lakin çempionluq əldə olunmadı! İki çempionluğun (super liqa yarışları və İran kuboku oyunları nəzərdə tutulur) qarşısında çəkilən manelərin səbəbini xatırlamaq əlbəttə ki, macəranın sonunu dəyişmir. Lakin Azərbaycanın, Səttarxan və Baqirxan diyarının böyük əhalisinə deməliyəm ki, əgər bir gün yenidən Təbriz və “Traxtur” klubuna qayıdarsam, bunun səbəbi yalnız son acı hadisələri sizin zehninizdən silməklə bağlı olacaq.

Komanda bütün “Traxtur” kollektivinin yardımı ilə ilk dəfə Asiya oyunlarına yol tapanda, başqa macəralar haqda düşünməyə başladım. Ama icazə vermədilər ki, zəhmətimin nəticəsini görüm. Sanki mənim imicimi korlamaq istədilər. Şükürlər olsun ki, Allah mənə növbəti dəfə sizinlə birlikdə olmaq şansı yaratdı və indi əminəm ki, Azərbaycan əhalisinin zehnində keçmiş təsəvvürlər qətiyyən yoxdur. Bu mənim üçün çox mühümdür”- dəyə Ə.Qələnoi yaydığı bəyanatın bir hissəsində bildirib.

Bəyanatda qeyd olunduğu kimi, baş məşqçi “Traxtur”un rastlaşdığı problemləri müəyyən qədər şəxsiləşdirib, lakin Azərbaycan komandasına qarşı həyata keçirilən açıq və gizli planlar yalnız onun dövründə deyil, digər baş məşqçilərin zamanında da baş verib.

“Traxtur”un super liqa yarışları və İran kuboku çempionluğuna mane olan hadisələr əlbəttə ki, sıravi hadisələr deyil. Bu barədə “Qladyator sorx” elektron qəzeti “Traxtur Asiyaya gedirdi, Fars Körfəzi deyil, başqa şüarlar verilirdi” başlığı ilə yaydığı məlumat bir çox şübhələrə aydınlıq gətirir.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed