Şrift:
Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır
30.05.2017 [10:21] - Siyasət
Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır. Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları etiraz aksiyalarına ciddi hazırlaşırlar. Korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq. Etiraz aksiyaları “Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.
Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları “O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed