Şrift:
Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
30.05.2017 [10:26] - Siyasət
Qırğızıstanda növbəti prezident seçkiləri bu il oktyabrın 15-də keçiriləcək.

Bunu Qırğızıstan prezidenti Almazbek Atambayev bildirib.

Qeyd edək ki, A. Atambayevin səlahiyyət müddəti bu il dekabrın 1-də başa çatır. Hazırda qüvvədə olan seçki qanunvericiliyinə əsasən prezident seçkiləri noyabrın üçüncü bazar günündə, yəni bu il 19 noyabrda keçirilməlidir. Ancaq apreldə parlamentin müxalif "Ata-Meken" fraksiyası seçkinin vaxtını dəyişməyi tələb edib. O bildirib ki, seçki ilə bağlı bütün prosedurlar, ehtimal olunan ikinci tur və andiçmə mərasimi dekabrın 1-ə qədər başa çatmalıdır. Bu təşəbbüs parlamentdə əksəriyyət tərəfindən dəstəklənib, bununla bağlı seçki haqqında Konstitusiya qanuna dəyişiklik nəzərdə tutulub.

Bu gün Qırğızıstan prezidenti A. Atambayev isə Silahlı Qüvvələrin 25 illiyinə həsr olunmuş tədbirdə prezident seçkilərinin oktyabrın 15-də keçiriləcəyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed